Xəritə təxribatı !- “Rusiya Qazax, Zəngəzur və Ordubadın torpaqlarını niyə unudur?!”

Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 17 dekabrda müəyyənləşən yeni xəritəsini açıqlayıb. Yenilənmiş xəritə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı missiya ilə bağlı yaradılmış bölməsində yerləşdirilib. Bu dəfə Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi təqdim olunub.


Bundan başqa rus sülhməramlılarının şimalda Tərtər rayonu istiqamətində nəzarəti bir az genişləndirdiyi aydın görünür. Böyük şair Zəlimxan Yaqubun “Zarafat gəlməsin sənə bu dünya” şeirindəki məşhur misranı bir az dəyişsək, belə demək olar: “Hələ neçə dəfə oyun olacaq?”. Çünki oyunlar bitmir ki, bitmir. Yalandan bir cızma-qara eləyib, xəritə düzəltməyə nə var?! Amma tarixi dəyişmək olmur…

 Tarixçi-alim Kərəm Məmmədov “Sherg.az” a açıqlamasında da tarixi reallıqlıqdan danışıb: 

“Azərbaycan tarixən üç hissəyə bölünüb: Kürdən şimal hissə, yəni Şəki-Şirvan, Kür və Araz çayı ortası, Aran və Arazdan cənub hissə,  Güney Azərbaycan. Sonradan isə Qarabağ-Zəngəzur bölgəsində İrəvan bəylərbəyliyi yaradıldı. Bilirsiniz, “sintetik” Ermənistan faktiki olaraq Azərbaycanın ayrı-ayrı mahallarından kəsilən torpaqlar hesabına qurulub. Ermənistan vilayəti isə Türkmənçay müqaviləsindən sonra yaradılıb”.

K.Məmmədovun sözlərinə görə, Ermənistan xəritə tərtib etməkdə “mahir”dir: 

“Belə bir missal var ki, “atı at yanına bağlasan həmrəng olmasalar da, həmxasiyyət olurlar”. Ermənilərin tarixən “xəritəbazlıq ənənəsi” məlumdur. İmkanları olsa, Antarktikadan Afrikayadək ərazini  Böyük Ermənistan elan edərlər. Amma bir məsələni bilmək lazımdır ki, mənim torpağımı heç kim bölə bilməz! Rusiya belə xəritə tərtib edəndirsə, onda Azərbaycandan, o cümlədən Qazaxdan, Zəngəzurdan, Ordubaddan qopardılmış torpaqları niyə unudur?! Bir dəfə bir gürcü həmkarımla söhbət edirdik. Belə qərara gəldik ki, Ermənistan “bədxassəli şiş”dir və Azərbaycanla Gürcüstanın torpaqları hesabına şişir. Əgər vaxtında “kəsilməsə”, bütün Qafqaza “metastaz” verəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu