Əslində bu proses indidən başlayıb.
“44 gün” adlı sənədli film - Müəllif danışır: “Şaxta sümüyümüzü kəssə də...”
Banuçiçək Kalbalıyeva
10:56 22.12.2020
Cəmiyyət
1551
“...İki saat səbrlə gözlədik və lazımi çəkilişləri apardıq”
“Qaçqın ailəsində böyümüşəm. Yurd həsrətini atamla birlikdə çəkmişəm. Bu böyük qələbəni o vaxtdan gözləyirdim”
Geridə qoyduğumuz, üzərindən artıq bir ay vaxt keçən 44 günlük Vətən müharibəsi böyük bir tarix kimi yaddaşlarımıza hopdu. Əlbəttə, həmin günləri zəfər salnaməsi də adlandıra bilərik. Çünki biz 30 ildir ürəklərimizdə gəzdirdiyimiz arzunu, nəhayət, reallaşdırdıq, hicranı vüsala çevirdik. 44 günlük savaşın gələcəkdə tarix dərsliklərinə düşəcəyinə, bu və ya digər formada əbədiləşdiriləcəyinə heç bir şübhə yoxdur.
Əslində bu proses indidən başlayıb.
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi Ayşən Bayramov çox çevik davranıb. Onun İkinci Qarabağ müharibasinə həsr etdiyi “44 gün” adlı sənədli film bir həftəyə yaxındır ki, sürətlə kütləviləşir, müzakirələrə səbəb olur.
Ona görə də “Sherg.az” olaraq filmin müəllifi ilə söhbətləşib, daha geniş məlumatı onun özündən aldıq. A. Bayramova “44 gün”ün tarixçəsindən danışdı:
“Öncə, onu deyim ki, mən qaçqın ailəsində böyümüşəm. Atam Birinci Qarabağ müharibəsi veteranıdır. Mən vətən sevgisini ondan öyrənmişəm. Ümumiyyətlə, valideynlərimi dərk etdiyim andan etibarən torpağın müqəddəsliyini anlamışam.
Yurd həsrətini atamla birlikdə çəkmişəm. Bu böyük qələbəni o vaxtdan gözləyirdim. Hətta televiziya jurnalisti kimi zəfər xəbərini xalqıma çatdıracağımı xəyal edirdim. Düzdür, bunu bacarmadım. Amma başqa bir planımı reallaşdırdım-qələbəyə dair film çəkdim.
Hərbi əməliyyatlar davam edərkən ssenari yazırdım. Bir dəfə “Televiziya menecmenti” fənn müəllimimiz Nəmənd Rüstəmov tapşırıq verdi ki, davam edən döyüşlərlə bağlı ssenari hazırlayaq.
“Fürsət bu fürsətdir” deyib, hazırladığım cızma-qaranı bir az təkmilləşdirib, müəllimimə təhvil verdim. Noyabrın 10-na, yəni müharibə başa çatanadək ssenarimə müəyyən əlavə və düzəlişlər etdim.
Həmin ssenarini ilk bölüşdüklərimdən biri fakültəmizin sevimli müəllimlərindən Leyla Rəşid oldu. Sağ olsun, tövsiyələrini verdi. Beləliklə, kadrları yığmağa başladım”.
Bayramovanın sözlərinə görə, filmi ərsəyə gətirmək heç də asanlıqla başa gəlməyib:
“Fakültəmizdə studiya müdiri Ramin Rzayev başda olmaqla, bütün kollektiv, o cümlədən montajçımız Sərdar Əsədzadə mənə çox dəstək oldu. Çəkilişlərimizi Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında etdik. İş elə gətirmişdi ki, çəkilişləri noyabrın 10-a təyin etmişdik. Beləliklə, parad günündə Fəxri Xiyabana gedəsi olduq. Oradaykən Azərbaycan və Türkiyə prezidentlərinin Xiyabanı ziyarət edəcəklərini və iki saat ərzində içəri heç kimi buraxılmayacağını öyrəndik. Havanın çox soyuq olmasına, necə deyərlər, “şaxta sümüyümüzü kəssə də”, iki saat səbrlə gözlədik və lazımi çəkilişləri apardıq. Növbəti mərhələ montaj prosesindən ibarət idi. Bayaq adını çəkdiyim Sərdar bəy yenə mənə çox dəstək oldu.
Ümumiyyətlə, o, bunu özünə mənəvi borc bilirdi. Montaj zamanı filmə “Zirvələrin Poladı” adlı bir “şapka” yığdıq. Çünki hər şeyin şəhid general-mayor Polad Həşimovla başladığının fərqində idik. Film hazır olandan sonra “BDU Tv”də paylaşıldı və çox müsbət reaksiyalara səbəb oldu. Sonra materaial yaşadığım Binəqədi rayonunun İcra Hakimiyyətinin rəsmi saytına da yerləşdirildi. Müəllimlərimin, tələbə yoldaşlarımın ünvanıma dediyi xoş sözlər mənə stimul verdi. Düzü, bu qədərini gözləmirdim”.
İstedadlı tələbə, həmçinin gələcək planlarından da danışıb:
“Hörmətli dekan müavimiz Samir Xalidoğluna xüsusi təşəkkür edirəm. Sağ olsun, hər gün iş prosesi ilə maraqlanırdı. Ümumiyyətlə, hər bir müəllimdən, o cümlədən dekanımız Vüqar Zifəroğlundan, professorlar Cahangir Məmmədlidən, Qulu Məhərrəmlidən diqqət və qayğı gördüm. Arzu edirəm ki, yeni tədris ilindən etibarən doğma auditoriyalarımıza qayıda bilək, onlardan daha çox şey öyrənək və daha səmərəli işləyək. Planlarım çoxdur. İnşallah, qəhrəmanlarımızla bağlı sənədli filmlərin davamını gətirəcəm.
Hazır bir neçə ssenari var. Hətta şəhidlərimizin hər birinə ayrıca film həsr edə bilərəm. Təki onların ruhları şad, mənim vicdanım rahat olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm