Yanvarın 11-də BDU-da imtahan sessiyası öz işinə başlayır

BDU-dan "Sherg.az"-a verilən məlumata görə, imtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin "2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi barədə" 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. BDU-da hər bir struktur bölməsinə müvafiq tapşırıqlar verilib, iş bölgüsünə əsasən imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, Vətən Müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemləri, cəbhə bölgəsində yaşayan tələbələrin, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün güzəştlər tətbiq edilib. Cari imtahan sessiyası ilə bağlı bütün texniki-təşkilai işlər vaxtında yerinə yetirilib, tələbələrin qiymətləndirilməsi aparılıb, hər bir fənn üzrə suallar və cavab mətnləri tələbələrə çatdırılıb.
Paylaş


