“Qrija” niyə yaranır və nə etməli ? – Həkimdən izah 

El arasında “qrija” kimi tanınan onurğa sütunu yırtıqları çox geniş yayılan sağlamlıq problemidir. Yırtıqlar və onların müalicəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar tirajlanıb. Bu hal isə insanlar arasında çaşqınlıq yaradır. Və vaxtında həkimə müraciət etməyə və düzgün müalicə almağa mane olur.



Həkim neyrocərrah Bəhruz Eyvazov “qrija”ların əmələ gələn fəsadlar barədə “Sherg.az”a danışıb. Onun sözlərinə görə, bel yırtıqlarının yaranma səbəbləri müxtəlifdir:

“Siqarət çəkmək, ağır fiziki işlə məşğul olmaq, kürək və bel əzələlərinin zəif olması, qidalanmanın, metabolizmanın pozulması, oturaq həyat tərzi əsas səbəblərdəndir. Bel yırtıqlarının ilkin əlamətləri bel və boyun nahiyəsindəki ağrılardır.

Boyun nayihəsində olan yırtıqlarda boyundan qollara yayılan ağrılar, qolda və əldə keyliklər, əzələ zəiflikləri baş verir. Bel nahiyəsindəki yırtıqlarda isə beldən ayağa sanki naqili xətt boyu ağrı, ayaq əzələlərinin arıqlaması və zəifləməsi olur. Daha ağır hallarda isə çanaqların funksiyasının pozulması baş verə bilər”.

B.Eyvazov qeyd edib ki, bel yırtıqları ilkin zamanlarda özünü sadəcə ağrı kimi göstərir:

“Bu, uzun müddət davam edərsə, ağrının yanına bir keylik də qoşulur. Keylikdən başqa əzələlərin zəifliyi də baş verir. Uzun müddət keçdikdən sonra isə ağrı olmur, əvəzində ayaqlar işləməyə bilər. Bu zaman əməliyyat heç bir fayda vermir. Çünki ölmüş sinirləri bərpa etmək mümkün deyil”.

Neyrocərrah  bel yırtığının daha çox hansı insanlarda olduğunu da diqqətə çatdırıb:

“30-35 yaşlarında və çox kilolu, uzun boylu şəxslərdə “qrijalar”a daha çox rast gəlinir. Adətən beli məcbur etmək, həddindən artıq kök olmaq, davamlı şəkildə oturaq işləmək bel yırtıqlarına yol açır.

Bel yırtığından əziyyət çəkən xəstələrin müalicəsinə gəlincə, B.Eyvazov dərman və fiziki müalicə üsulları, sonda isə cərrahi əməliyyatdan istifadə olunduğunu nəzərə çatdırıb:

“Bel yırtıqlarının cərrahi müalicəsi həmin yırtığın xaric edilməsi, yəni yırtıqla sinir arasındakı konfliktin aradan qaldırılmasıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu