"Avroviziya 2021"in taleyi bəlli oldu


Koronavirus pandemiyasına baxmayaraq, "Avroviziya" beynəlxalq vokal müsabiqəsi 2021-ci ildə keçiriləcək.

Milli.Az xəbər verir ki, şərhçi, aktyor və komediyaçı Qraham Norton musiqi yarışının taleyindən danışıb. Sənətçi bu il fərqli ölkələrin musiqiçilərinin birinci yer uğrunda mübarizə aparacaqları müsabiqənin ənənəvi formatda "mütləq baş tutacağını" qeyd edib.

Eyni zamanda, müsabiqənin təşkilatçıları yarışçıların Rotterdama (Hollandiya) gələ bilməməsi və ya oraya çatdıqdan sonra karantində qalmaq məcburiyyətində olacağı təqdirdə, çıxışın video yazısının təqdim edilməsinə də icazə verib. Qeyd olunan nömrələr üçün ciddi qaydalar müəyyənləşdiriləcək.

Bununla yanaşı, Norton vokal yarışının "20 min tamaşaçı ilə stadionda baş tutacağına" inanmadığını da dilə gətirib.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında "Avroviziya" müsabiqəsinin təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbir üçün dörd ssenari təqdim edərək, yarışın formatının dünyadakı epidemioloji vəziyyətdən asılı olacağını vurğulamışdılar.

Yarışın tarixləri daha əvvəl açıqlanmışdı. Belə ki, finalının 22 mayda keçirilməsi planlaşdırılır. (publika.az)

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu