Tvitterdən sonra banklar da Trampdan üz döndərdi

“Doyçe Bank” gələcəkdə Donald Tramp və onun şirkətləri ilə biznes qurmamaq qərarı verib.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.

Qəzet Trampın hazırda bu banka 300 milyon dollar borclu olduğunu bildirib.

Tramp ailəsinin digər biznes partnyoru olan “Signature Bank” da onlarla münasibətləri dayandırmaq niyyətində olduğunu açıqlayıb. Bu bank artıq Trampı istefaya çağırıb. Üstəlik, ABŞ liderinin bankdakı 5,3 milyon dollarlıq iki şəxsi hesabını bağlayıb.

Bank seçkinin nəticələrini tanımaq istəməyən Konqres üzvləri ilə də biznesi davam etdirməkdən imtina etdiyini vurğulayıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu