Bayden Obamanın adamını vəzifəyə gətirir

ABŞ-ın yeni Prezidenti Co Bayden eks-prezident Barak Obama administrasiyasının aparıcı maliyyəçilərindən biri olmuş Heri Hensleri Qiymətli kağızlar və birjalar üzrə Federal Komissyanın rəhbəri vəzifəsinə gətirir.

Axar.az xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, hələlik bu vəzifəyə təyinatla bağlı yekun qərar verilməyib. Hazırda sözügedən vəzifəni Tramp administrasiyandan olan Elad Roysman icra edir.

Qeyd edək ki, Heri Hensler 2020-ci ilin noyabrından Baydenin keçid komandasında təmsil olunur.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu