Yanvarın 26-dan sonra ABŞ-a gedənlərə YENİ TƏLƏB


ABŞ-da yanvarın 26-dan etibarən ölkəyə gələnlərdən mənfi nəticəli koronavirus testi tələb ediləcək.

Bu barədə “RİA Novosti” ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) istinadla məlumat yayır.

Qeyd olunur ki, sərnişinlər səfərdən ən çox üç gün əvvəl COVID-19 testi verməli və nəticəsini aviaşirkətə təqdim etməlidirlər.

Uçuşdan əvvəl aviaşirkətlərdən sərnişinlərin mənfi test nəticələrini təsdiq etmələri tələb olunacaq.

Sərnişin müvafiq sənədi verməyə etiraz edərsə, hava yolu şirkəti sərnişinin uçuşundan imtina edəcək.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu