Qarabağa şeir həsr edən türk general: “Bu şərəf və qürurdur”

Türkiyəli generalı Özgür Tor Qarabağa şeir həsr edib. Bu barədə Türkiyədə yaşayan soydaşımız, tanınmış jurnalist İbrahim Nəbioğlu özünün “Facebook” hesabında yazıb. O, “General da şeir yazarmı?” sərlövhəli yazısı ilə müəllifə təşəkkürünü bildirib. “Qarabağ” adlı şeirdə döyüşçülərimizi, o cümlədən Milli qəhrəman Mübariz İbrahimovu xatırlayan hərbçi deyir:


 “...Yetər artıq, Qarabağ, qovuş türkün bayrağına,
Türkə yaraşmaz, basdırmaz düşməni öz torpağına,
Azərbaycan bayrağı, Türkün bayrağı,
Yetər artıq bu həsrət, hər daim görsün səni,
Qarabağın dağlar”.

Yazdığı bir neçə bəndlik şeirlə keçirdiyimiz hissləri ifadə edən müəllif “Sherg.az”a açıqlamasında generalın nə vaxt şeir yazdığını deyib: 

“Dəyərli İbrahim bəy “General da şeir yazarmı?” sualı ilə məni tərifləyib. Sağ olsun, var olsun! İnsan sevdiyinə şeir yazar. Biz vətənimizi və millətimizi sevirik. Həm də lazım olanda savasaşaraq, uğrunda öləcək qədər çox sevirik onu.

Əlbəttə, başqalarına, onların müqəddəs bildiklərinə hörmətimiz sonsuzdur. Amma Azərbaycanda yaşayanlar mənim millətimdən olanlardırlar. Yəni biz eyni millətdənik. Deməli, Azərbaycan, o cümlədən Qarabağ həm də mənim vətənimdir.

Şəhid qanları ilə sulanmış və üçrəngli bayrağın dalğalandığı hər yer Vətəndir. Şəhidlərdən bizə əmanət qalmış torpaqlar üçün nəsə etmək bizim üçün şərəf və qürurdur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu