Növbəti devalvasiya gözlənilirmi? – REAL ŞƏRH

Azərbaycanda və ölkədən kənarda yaşayanlar manatın taleyi ilə bağlı xeyli suallar verirlər. Sosial şəbəkələrdə "Azərbaycan valyutası mütləq devalvasiyaya uğrayacaq" deyə fikirlər səslənir. Bu iddialar əhali arasında da ajiotaja səbəb olub. Mərkəzi Bank isə manatın ucuzlaşması ilə bağlı sosial şəbəkə və mətbuatda gedən xəbərlərin əssassız olduğunu açıqlayıb.
Buna rəğmən artıq dollar alğı-satqısı ilə bağlı “qara bazar”ın yaranmasına dair iddialar da var. Məlumata görə, “qara bazar”da 1 dollar 1, 72 və 1, 74 Azərbaycan manatına dəyişdirilir. Halbuki rəsmi məzənnəyə görə, ölkəmizdə 1 dollar , 1.70 AZN-dir. 

Maraqlıdır, görəsən, devalvasiya ola bilərmi və bunun üçün iqtisadi əsaslar varmı?



Mövzu ilə bağlı "Sherg.az"a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vurğulayıb ki, devalvasiya olacağı barədə obyektiv əsaslar yoxdur:

"Bir tərəfdən neftin qiyməti qalxır, bu o deməkdir ki, Azərbaycanın valyuta ehtiyatları da artır. Düzdür, ehtimal ediliri, neftin qiyməti bu həddə uzunmüddətli qalmayacaq.

Hər halda neftin qiyməti düşmədiyi üçün devalvasiyaya əsas olduğunu deyə bilmərik. Digər tərəfdən Mərkəzi Bank dövriyyədə olan manat kütləsini azaldıb. Buna da, banklara verilən kreditləri azaltmaqla nail olub. Dövriyyədə manat azdırsa, demək dollar alanlar da çox ola bilməz.

Milli valyutaya təzyiq güclü deyil, niyə devalvasiya olsun ki?! İndiki aylarda bunun üçün heç bir əsas yoxdur. İnsanlar arasında olan panika yanacağın qiymətinin qalxmasına görədir.

Əslində bunun devalvasiya ilə heç bir bağlılığı yoxdur. Həmçinin "qara bazar"ın sahibləri dollar satışına görə əhali arasında panikanın yaranmasına maraqlıdırlar".

Ekspert bildirib ki, yaxın 3 ayda devalvasiya bu baş verməyəcək:

"Pandemiyadır, insanların iş baxımından problemi var. Devalvasiya olarsa, xaricdən daxil olan malların qiyməti qalxacaq. İstənilən halda dollarla götürülən kreditlər də var.

Bu, ölkə iqtisadiyyatı üçün problem yarada bilər.
Uzunmüddətli prespektivdə, yəni 3 il ərzində mütləq devalvasiya olacaq. Çünki Azərbaycanın valyuta ehtiyatları azalacaq, işğaldan azad edilmiş ərazilərin bərpasına xeyli vəsait sərf etməlidir.

Buna görə dövriyyədə pul kütləsi artmalıdır. Bütün bunların fonunda olacağı gözlənilir. Amma indiki pandemiya dövründə bu problem yarada bilər".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu