Azərbaycan və Pakistan XİN başçıları görüşüb

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Pakistanın XİN başçısı “Twitter”də bildirib.
O qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.
“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, - deyə Pakistanın xarici işlər naziri vurğulayıb. 



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu