Koronavirusun “Britaniya ştammı” daha bir Avropa ölkəsinə çatdı


Koronavirusun “Britaniya ştammı”na bu dəfə Macarıstanda rast gəlinib.

“Reuters” xəbər verir ki, bu barədə ölkənin baş sanitar həkimi Sesilia Müller məlumat verib.

Onun sözlərinə görə, üç nəfərdə “Britaniya ştammı” aşkarlanıb.

Macarıstanda ümumilikdə 345 710 nəfərin koronavirusa yoluxduğu, 10 948 nəfərin öldüyü bildirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu