Elçin Şıxlı: Mediada peşəkarlar çalışmalıdır - Video


“Azərbaycan Respublikasinda media sahəsində islahatların dərinləşdirilməsi haqqinda” fəramanda baxanda yeniliklər var və bu yenilik tənzimləmələr üçün vacib amildir.

Bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Real TV-yə açıqlamasında deyib.

“Amma burada bir məsəslə var ki, peşəkarlar elə çalışmalıdırlar ki, onlayn media sahəsinin həvəskar xəbər ötürücülərinə ehtiyac olmasın və rəqabətdə həvəskar peşəkara çevrilmək üçün çalışsın, püxtələşsin”, - E.Şıxlı bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu