Ticarət obyektləri fəaliyyətini bərpa edir - RƏSMİ

Azərbaycanda ticarət obyektlərinin fəaliyyəti bərpa edilir.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə icazə verilir, lakin ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisnadır.

Qeyd edək ki, kafe və restoranların fəaliyyətinə fevralın 1-dən icazə verilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu