Zülmətdən işığa, işıqdan zülmətə...

Keçmiş məhkumlar oğurluğa daha çox meyilli olurlar

Onların çoxunda narkotikdən asılılıq olduğuna görə hər vəchlə pul əldə etmək məcburiyyətində qalırlar

Keçmiş məhkumlar niyə təkrar cinayətə meyillənir? Mütəxəssilər bunu daha çox onların maddi ehtyacları ilə bağlayır.  Hindistanın məşhur “Avara”sı yadınızdadı, yəqin. Balaca Rac yalvarır-yaxarır ki ona iş verin,  zalım Caqa da “yox! Sən oğru olacaqsan! Oğurlayacaqsan!”  bağırır. Həyatın dibi budur.  Film də, elə filmdir. Görəsən bizdəki  oğruları da kimsə məcbur edir, oğurlağamağa? Məsələn, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar ayının 6-dan 14-dək olan müddət ərzində şəhər ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Bu insanların maddi imkansız olmaları mümkündür. Amma oğurlamaq şərtmi? Yəni, həqiqətən bu insanlar gndəlik bir iş tapıb gündəlik qazanc əldə edə blməzlər? 



Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev keçmiş məhkumların oğurluq etməsinin səbəblərindən biri kimi onların narkotik maddə asılılığı olmasını göstərdi: 

- Əlbəttə, biz burada işszliyin yaratdığı maddi sıxıntını istisna etmirik. Bu, ən başlıca səbəbdir.  Amma məhkumların bəzilərinin narkotik asılılığı olduğunu nəzərə alsaq, onlar bədənlərinin bu ehtyacını ödəmək üçün maddi vəsait əldə etməlidirlər. Qazancları olmadığından “asan” yolu seçirlər və oğurluq edir, oğurladıqları malların müqabilində pul alır və ehtiyacları üçün realizə edirlər. Dövlət keçmiş məhkumların işlə təmin edilməsi, onlara müavinətlərin ödənlməsi istiqamətində iş görür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq proqramları çərçivəsində fəliyyət göstərir və məhkumluqdan azad edilmiş şəxslərin işə cəlb olunmalarına çalışır.  Keçmiş məhkumların işə cəlb edilməsi praktikası var və dəqiq statistik rəqəm hazırda əlimdə olmasa da,  xeyli sayda keçmiş məhbusun  işə cəlb edildiyini deyə bilərəm. 

Məhkumluqdan azad edilmiş şəxslərə bildiyim qədər əmək haqqını 4 misli qədərində müavinət ödənilir. Qanunda belə müddəa var. Həmçinin məhkumluqdan azad edilən şəxslərə mövsümə görə geyim, ayaqqabı almaq üçün,  yol xərci, ərzaq üçün pul ödənilir. Amma əlbəttə, bunlar o şəxslərin sonrakı həyatlarını keçindirmək üçün azlıq təşkil edir.

Onlar işlə təmin edilməlidir. Bu işdə  düşünürəm ki, dövlət strukturlrı ilə yanaşı özəl sektor  da çalışmalıdır. Vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət düşür. Vətəndaş cəmiyyəti institutları  məhkumluqdan azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına yardımçı olmalıdır. Ancaq hazırda vətəndaş cəmiyyətinin maddi resurslara çıxışında problem var.  Resurslar yetərli olmadığından lazımi işləri görə bilmirlər.

Deyək ki, məhkumluqdan azad edilmiş şəxslərin reabilitasiyası üçün peşəkarlar, psixoloqlar, hüquqşünaslar cəlb olunmalıdır, buna da vəsait lazımdır. Ona görə də işsiz qalan, həyatda özünə yer tapa bilməyən, məşğuliyyəti olmayan keçmiş məhkumlar bəzən təkrar cnayətlərə əl atır və yenidən məhkumluq həyatı yaşamalı olurlar. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu