Prezidentin Şuşa səfəri: "Erməni vəhşilikləri dünyaya göstərildi"

"Azərbaycan Prezidenti Şuşa səfəri ilə Qarabağa böyük qayıdışın əsasını qoydu".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib deyib.

Deputat vurğulayıb ki, Prezidentin Şuşa şəhərinə səfəri məhsuldar və tarixi səfər kimi yaddaşlarda həkk olundu:

"Bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin - Füzuli-Şuşa magistral yolunun və Füzuli beynəlxalq hava limanının təməli qoyuldu. Şuşa şəhərini addım-addım gəzməklə, dağılmış, xarabazara çevrilmiş məscidlərin, tarixi abidələrin, qəbirstanlıqların vəziyyəti ilə tanış oldu. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacəbəylinin, Xan qızı Natəvanın, Bülbülün büstlərini, yaşadıqları evləri, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdi. Acınacaqlı səhnələri göstərməklə, erməni vandallarının törətdikləri vəhşilikləri dünyaya göstərdi".

Parlamentari qeyd edib ki, cənab Prezident hər bir tarixi abidənin, qəhrəman əsgərlərimizin qarşısında etdiyi çıxışlarda Azərbaycan cəmiyyətinə və revanş çağırışları səsləndirən erməni daşnaklarına kifayət qədər ciddi mesajlar verdi:

"On minlərlə günahsız insanların faciəsinin baiskarları, Xocalı cinayətkarları Koçaryanın, Sarkisyanın, Ohanyanın adlarını çəkməklə, erməni millətçilərini ciddi şəkildə  xəbərdar etdi. Bir daha fərqli fikirlərə düşsələr, dəmir yumruğun yerində olduğunu xatırlatdı. Ümumiyyətlə, ölkə başçısının bu səfəri, gələcəkdə görüləcək qlobal işlərin başlanğıcı, Qarabağın bərpası üzrə yeni strategiyanın əsası kimi qiymətləndirilməlidir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu