Bakıda 554 küçə dezinfeksiya edildi - FOTO

Gün ərzində paytaxt ərazisində 554 küçə dezinfeksiya edilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq, yanvar ayının 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən 2021-ci ildə ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə 20-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı 554 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.




Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu