Məhkumların kameralardan çıxması müvəqqəti qadağan ediləcək


ABŞ həbsxanalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Həbsxanaları Federal Bürosu məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək gücləndirilimiş rejim tədbirləri müvəqqəti olsa da, məqsəd cəzaçəkmə müəssisələrində daxili nizam-intizamın yüksəldilməsi ilə yanaşı, işçilərin, məhkumların, eləcə də ictimaiyyətin fasiləsiz təhlükəsizliyini təmin etməkdir. 

Qərara əsasən, məhkumların gün boyu kameralardan çıxması qadağan ediləcək və ziyarətlərə  məhdudiyyət qoyulacaq.

Büro sözügedən qaydanın sıradan bir təhlükəsizlik tədbiri olduğunu açıqlayıb. Xüsusi olaraq vurğulanıb ki, bu, heç də məhbusların kənardan hər hansı bir məlumat əldə etməyin qarşısını almaq məqsədi daşımır. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu