Ucarda ər arvadını bıçaqlayıb


Ucarda kişi həyat yoldaşını bıçaqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün gecə saatlarında rayonun Qarabörk kənd sakini, 1986-cı il təvəllüdlü Aruz Ağasəf oğlu Hüseynov yaşadığı ünvanda ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsalə Əlmusa qızı Hüseynovaya bıçaqla ağır xəsarət yetirib. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.                       

A. Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.                                                 
aktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu