Türkiyədə zəlzələ olub


Türkiyədə Elazığ vilayətində  4,1 maqnitudalı zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, episentri Elazığ şəhərinin mərkəzi olan zəlzələ yerli vaxtla saat 12:24-də yerin 17,14  kilometrliyində qeydə alınıb.

Təkanlar ətraf ərazilərdə hiss edilib.

Qeyd edək ki,  keçən  il yanvarın 24-də Elazığın Sivrice rayonunda 6,8 maqnitudada zəlzələ olub, 41 nəfər ölüb, 1466 nəfər yaralanıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu