Qara dənizdə batan gəminin heyətinin iki üzvünün cəsədi tapılıb


Qara dənizin Türkiyə hissəsində, Bartın bölgəsindəki İnkumu sahillərinə yaxın ərazidə batan “Arvin” adlı yük gəmisinin Rusiyanın dövlət bayrağı altında üzdüyü məlum olub.

AZƏRTAC xəbər verir ki, hazırda Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) heyəti axtarış-xilasetmə işlərini davam etdirir.

Gəmidəki 15 nəfərlik ekipajın üzvlərindən ikisinin cəsədi tapılıb, üç nəfər isə xilas edilib.

İlkin məlumata görə, gəminin batmasına əlverişsiz hava şəraiti səbəb olub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu