Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib - YENİLƏNİB


Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

APA-nın yerli bürosunun xəbərinə görə,  Bartın Valisi Sinan Güner, Qara dənizdə  batan gəmidəki digər heyətin də xilas olunma işlərinin davam etdiyini deyib.

“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

“Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı olduğunu öyrəndik”.

 Vali  gəmidəki heyətdə 2-nin Rusiya, 10-nun Ukrayna vətəndaşı olmaqla ümumilikdə 12 nəfərin olduğunu deyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu