Dondurmada koronavirus aşkarlandı


Çinin Tyantszin şəhərində hərkəsi təəccübləndirən hadisə yaşanıb.
Axşam.az xarici KİV-nə istinadən bildirir ki, “Daqiaoda Food Co.” adlı firmanın istehsal etdiyi dondumalarda koronavirus aşkarlanıb. Bundan sonra şirkətin 662 işçisi karantinə alınıb.

Sözügedən firmanın ətraf şəhərlərə 2000-dən çox dondurma payladığı bildirilib. Hazırda dondurmalara koronavirusun necə keçdiyi haqqında araşdırmalar aparılır.

Mütəxəssislər isə, işçilərdən birinin Covid-19-a yoluxması nəticəsində virusun dondurmaya keçdiyini bildirir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu