"Beşiktaş"  "Qalatasaray"ı 2-0 məğlub edib

Türkiyə Super Liqasının 18-ci həftəsində derbi matçda lider "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı 2-0 məğlub edib.

Axar.az xəbər verir ki, oyunda qolları 79-cu dəqiqədə Jozef Souza və 90+2-ci dəqiqədə Kevin Enkudu vurub.

"Qalatasaray"ın heyətində Caqne 58-ci dəqiqədə qırmızı vərəqə görüb.

Bu nəticədən sonra "Beşiktaş" xal sayını 38-ə yüksəldərək liderliyini davam etdirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu