Hollivud aktrisasını qətlə yetirən məşhur prodüsser koronavirusdan öldü

Hollivud aktrisası Lana Klarksonu qətlə yetirməkdə ittiham olunan və 19 il müddətinə azadlıqdan məhrum edilən məşhur amerikalı prodüsser Fil Spektor koronavirusdan ölüb. 

“Variety” nəşrinin məlumatına görə, 81 yaşlı prodüsser Kaliforniya həbsxanasında dünyasını dəyişib. 

Məlumatlara görə, prodüsserə qarşı ittiham 2003-cü ildə elan edilmişdi.

Qeyd edək ki, Spektor Böyük Britaniyanın “The Beatles” rok qrupunun prodüsseri olub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu