Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı


Yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstələrinin sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ev şəraitində müalicə təyin edilən dörd nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu