Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 2998 nəfərə çatıb

Ermənistanda indiyədək yeni növ koronavirusa yoluxanların ümumi sayı 164676 nəfərə çatıb.
APA-nın "Sputnik Armenia"a ya istinadən verdiyi xəbərə görə, son sutka ərzində 90 yeni yoluxma qeydə alınıb.
Son 24 saat ərzində 6 nəfər xəstəlikdən vəfat edib ki, bununla da koronavirusdan ölənlərin ümumi sayı 2998-ə çatıb.
Xəstəlikdən 153 064 nəfər sağalıb, 7885 nəfərin müalicəsi davam edir.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu