Vaksinasiya Strategiyasının əsas hədəfi AÇIQLANDI


“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas hədəfi açıqlanıb.

Bu barədə məlumat Baş nazir Əli Əsədovun müvafiq sərəncamında öz əksini tapıb.

Strategiyanın əsas hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılmasıdır. Bu hədəfə nail olmaq üçün aşağıdakı addımlar atılmalı, əhalinin ictimai cəhətdən mühüm və tibbi cəhətdən yüksək risk qruplarının maksimal dərəcədə vaksinasiya ilə əhatə olunmalıdır.
Strateji hədəflərə nail olmaq üçün Strategiyanın aşağıdakı vəzifələri müəyyən olunur: 

- Vaksinasiyanın həyata keçirilməsində Strategiyaya, mövcud qanunvericilik bazasına, ÜST-ün tövsiyələrinə və beynəlxalq təcrübəyə əsaslanması;

- Əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;

- Vaksinasiya üzrə bütün beynəlxalq əməkdaşlıq platformalarından effektiv istifadə edilməsi;

- Vaksinasiyanın hazırlıq mərhələsində, həyata keçirilməsində və postvaksinal dövründə mövcud səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi;

- Vaksinasiya nəticələrinin qiymətləndirilməsi istiqamətində qısa və uzunmüddətli monitorinq indikatorlarının hazırlanması və tətbiq edilməsi. 

COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunan əhali qrupları barədə də məlumat açıqlanıb.

Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu