Lavrov: “Ermənistan əsirlərin siyahısını tam verməyib”


“Rusiya, Azərbaycan və Ermənistan hərbçiləri hazırda Qarabağdakı münaqişədən sonra hərbi əsirlərin mübadiləsi üçün adların siyahısını yoxlayır”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, əvvəlcə həm Azərbaycan, həm də Ermənistanın itkin düşən və əsirlikdən qurtarmaq istədikləri şəxslərin siyahılarını təqdim etməsi lazım olub. Bu məsələdə Ermənistan tərəfinin daha böyük problemləri olub.

“Azərbaycan bu cür siyahıları verib. Bu siyahı çox cüzi olub, hamısı dərhal olmasa da, Azərbaycanın siyahısında yer alanlar qaytarılıblar. Azərbaycan tərəfdən itkin düşənlər, əsirlər və saxlanılan şəxslərlə bağlı bundan sonra problem yaranmayıb”, - deyə rusiyalı nazir bildirib.

Rusiyalı nazir xatırladıb ki, erməni tərəfi siyahıları dərhal və tam şəkildə təqdim etməyib, nəticədə 9 noyabrda başa çatan hadisələrin iştirakçısı olanların mübadiləsi həyata keçirilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu