“Navalnının həbsi Putinə problemlər yarada bilər” – Sanksiya ! 

“Mayk Pompeo və AB sturukturlarına rəhbərlik edən şəxslər Rusiyadan Navalnının azadlığa buraxılmasını tələb edirlər”

“Bu şəxsə cinyaət işi açılsa və uzun müddət həbsə göndərilsə, təbii ki, siyasi məkanda Rusiyaya qarşı təzyiqlər olacaq”


Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı Rusiyaya qayıdıb. Lakin o, Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. O, 3,5 il həbs cəzası ala bilər.
Bundan əlavə, Rusiyanın nüfuzlu İstintaq Komitəsi Navalnı barədə iki əlavə cinayət işi açdığını bildirib. Planlarını elan edərkən Navalnı həbs ediləcəyi ilə bağlı hədələrin onu sürgünə məcbur etmək cəhdi olduğunu deyib.

Vnukovo hava lımanına Navalnını qarşılamağa gələnlər saxlanılıb. Məlumata görə, saxlananlar arasında Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşları Lyubov Sobol və Ruslan Şaveddinov, bundan başqa yeni azadlığa buraxılan keçmiş siyasi məhbus Konstantin Kotov və Navalnının qardaşı Oleq Navalnı da var.



Prosesləri “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Avropa Birliyi sturukturlarına rəhbərlik edən şəxslər Rusiyadan Navalnının azadlığa buraxılmasını tələb edirlər:

“Bu şəxsə cinyaət işi açılsa və uzun müddət həbsə göndərilsə, təbii ki, siyasi məkanda Rusiyaya qarşı təzyiqlər olacaq. Hətta növbəti dəfə Rusiyaya qarşı sanksiyalar da tətbiq edilə bilər. Təbii ki, Kreml buna gedəcəksə, baş verəcəkləri göz önünə alıb. Lakin Navalnının uzunmüddətli həbsi dəqiqləşdirilməyib.

Məntiqlə düşünsək, Putin Navalnını Rusiyada görmək istəmirsə, ümumiyyətlə onu ölkəyə buraxmazdı. Onu ölkəyə buraxıb, sonra da həbs etdirmək Putin üçün daha böyük problemlər yarada bilər”.

Ə.Məmmədli Navalnının nə zamansa Putin üçün böyük təhlükə olmadığını düşünür:

“Navalnı Putin üçün ciddi rəqib olsaydı, çoxdan uzunmüddətli həbsə gedərdi, yaxud da mühacirətə göndərilərdi. İndiyə qədər isə ona yalnız sutkalıq həbslər verilib.

Navalnı bütün olanları hesablayıb və həbsə getməyə də hazırdır. O, bilir ki, həbsə getsə, populyarlığı həm Rusiya, həm də Qərbdə daha da artacaq. Beləliklə, Rusiyada narazı olan kütlə Navalnıya dəstək verəcək”.

Analitik vurğulayıb ki, Navalnı şovinist bir millətçidir:

“Bunu Qərbdə də bilirlər. O, əvvəllər “Yabloko” fraksiyasında idi. Bu fraksiyadan qafqazlıları təhqir etdiyi üçün xaric edildi. Bu baxımdan da onun “demokrat” obrazı yaratmağını düzgün hesab etmirəm”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu