Baxçalının təklifi ALQIŞLANDI:“Atatürk adına Şuşa orta məktəbi...”

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada ibtidai məktəb açılmasını təklif edib. Bu barədə MHP lideri özünün "Twitter" səhifəsində paylaşım edib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”.  


MHP lideri keçən il Qarabağın işğaldan azad olunmasını türk millətinin son illərdə əldə etdiyi ən böyük qələbə adlandırıb. D.Baxçalı bununla sevinc və qürur duyduqlarını ifadə edib: “Qarabağın əsas mərkəzi olan Şuşanın 8 Noyabr 2020-ci ildə xilası terrorçu dövlət Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqedən əlavə o qədər də Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir. Azərbaycanın mədəniyyət və incəsənət həyatının mənbələrindən biri olan Şuşanın inkişafı və burada yaşayan Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir, bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur”.

Məlum təklif barədə “Sherg.az”a açıqlama verən sabiq təhsil naziri, türkoloq-alim, professor Firidun Cəlilov bildirib ki, Şuşanın azad edilməsi böyük nailiyyətdir. Professorun sözlərinə görə, Şuşanın Azərbaycanın ikinci mədəniyyət mərkəzi kimi elan edilməsi xoş olaydır:

“Dövlət Baxçalının təklifi çox maraqlıdır. Bu işin gerçəkləşməsi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının təzahürüdür. Böyük məmnuniyyətlə təklifə razılıq vermək lazımdır. 

Baxçalı Şuşada orta məktəbin inşasını nəzərdə tutur. Fikrimcə, həmin məktəbə Atatürk adının verilməsi də yerinə düşərdi: Məsələn, “Atatürk adına Şuşa orta məktəbi”.

Şuşa tarix boyu Azərbaycanın musiqi mərkəzindən biri olub, orada böyük sənətkarlar yetişib.

Ona görə də Bakıda iki musiqili konservatoriya var. Bunlardan birinin Şuşaya köçürülməsini məsləhət görərdim. Şuşada konservatoriyanın olması çox yaxşıdır. Qarabağ camaatının musiqiyə böyük həvəsi var. Niyə həmin insanlar musiqi təhsili almaq üçün əziyyət çəkib Bakıya gəlsinlər? Madam ki, Şuşanı mədəniyyət mərkəzinə çevrilmək istəyirik, bu işləri də görməliyik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu