Azərbaycanda yeni şüşə istehsalı zavodu inşa edilir

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri “Glassica” Qapalı Səhmdar Cəmiyyəti şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək.
Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq.
İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
Prezident İlham Əliyev zavodun təməlini qoyub.
Dövlət başçısına məlumat verilib ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir.
Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu