Kuman Messinin meydandan qovulması barədə: “Onu başa düşürəm”

“Barselona”nın baş məşqçisi Ronald Kuman Lionel Messinin İspaniya Superkuboku uğrunda “Atletik”lə qarşılaşmada meydandan qovulmasına münasibət bildirib.
Bu barədə “Marca” yazıb.
“Düşünürəm ki, bu qədər illər ərzində o, oyuna nə zaman hazır olub-olmadığını yaxşı bilib. Mən onunla danışdım, dedi ki, oynamağa hazırdır. Meydandan qovulması? Mən Messini başa düşürəm. Heç oyun ərzində ona qarşı nə qədər kobudluq edildiyini saya da bilmərəm”, - deyə R.Kuman bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu