Tarixçinin səhhətindən xəbər var: “Hələ də aparatdan ayrılmayıb”

Koronavirusa yoluxan tarixçi-alim Dilavər Əzimli EKMO cihazına qoşulub. Onun müalicəsi Zığdakı Modul tipli xəstəxanada davam edir. Tarixçinin hazırda həkimlərin  ciddi nəzarəti altında olduğu bilinir. 

Dilavər Əzimlinin son sağlıq durumu ilə bağlı “Sherg.az”a danışan onun  həyat yoldaşı Arzu Qazıyeva deyib ki, hələ də aparatdan ayrılmayıb:

“Səhhətində geriləmə, pisləşmə yoxdur. Yavaş-yavaş yaxşılığa doğru gedir. Böyük sürətli irəliləyiş olmasa da, müəyyən yaxşılaşma var. 
Onu da əlavə edim ki, Dilavəri nə vaxt aparatdan ayıracaqları dəqiq bilinmir. 

Bu müalicənin gedişatı və xəstənin göstəriciləri ilə bağlıdır. Son olaraq onu deyə bilərəm ki, hazırda durumu ağır stabil kimi qiymətləndirilir”.
  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu