Lavrov manevr edir ! - “Açıqlamasının arxasında məkrli oyun dayanır”

Rusiya Xarici işlər naziri Sergey Lavrov Qarabağdakı qondarma rejimdən danışıb. O bildirib ki, rəsmi Moskvanın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq fikri yoxdur:
““Bu bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr və ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmasının vacibliyi qənaətindən çıxış edirik”. Lavrov bildirib ki, Rusiya Federasiyası bölgədə sülhü, sabitliyi və təhlükəsizliyi təmin edəcək həll tapmağa kömək etməyə hazırdır.

Qeyd edək  ki, zaman-zaman Rusiya tərəfinin bu cür açıqlamalarının şahidi olmuşuq. Kreml Qarabağdakı hərbi xunta rejiminin müstəqilliyini tanımaq fikri olmadığını söyləsə də, tamamilə əks addımlar atıb. Bu baxımdan Lavrovun söylədiklərində səmimi olub-olmadığı sual altındadır.



Rusiya XİN başçısının bəyanatını “Sherg.az”a dəyərləndirən Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Rusiyanın Azərbaycana münasibəti necədirsə, biz də adekvat davranış sərgiləməliyik:

“Kiminsə ruslarla dostluğu, tanışlığı, ailə münasibətləri ola bilər, lakin bu məsələlərin dövlət siyasətinə aidiyyəti olmamalıdır. Rus bizə düşmən münasibət bəsləyirsə, biz də eyni davranışı göstərməliyik.

Lavrovun hər hansı bir açıqlaması bizim üçün maraqlı olmamalıdır. Lakin mütləq bilməliyik ki, bu açıqlamanın arxasında bir məkrli oyun dayanır.

S.Lavrov başqa bir fikirlər səsləndirib. O, söyləyib ki, üçtərəfəli bəyanatın arxasında gizli məqamlar yoxdur. Əlbəttə, onun dedikləri inandırıcı deyil.

Ruslar indiki mərhələ üçün hesab edirlər ki, belə fikirlər səsləndirmək lazımdır. Bütün bunlar onların iş planı olduğu üçün də bu cür  açıqlamalarla çıxış edirlər. Amma baş verənlərə münasibətimiz birmənalı olmalıdır: Rusiya zamanında torpaqlarımıza gəlib. İki gün sonra 20 Yanvardır.

Azərbaycan xalqı fərqində olmalıdır ki, Lavrov, Putin və ya başqası nə deyirsə desin, ortada konkret əməllər var. Bu əməllər qətiyyən unudulmamalıdır. Ona görə də hər bir vətəndaşımız çevik, ayıq-sayıq olmalıdır.

Torpaqlarımızı işğaldan azad edən əsgərlərimizin, şəhid və qazilərimizin qədrini bilməliyik. Yaşadıqlarımızı unutmaq olmaz. Bu baxımdan Rusiya rəsmiləri söylədiklərində səmimi deyillər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu