"...Müharibə dönəmində heç görünmədilər"

Vaqif Şıxəliyev musiqili meyxanalar ifa edənlərə iradını bildirib

Tanınmış müğənni Vaqif Şıxəliyev “Şərq”ə açıqlamasında həmkarlarına irad bildirib. Bir sıra mühüm məqamlara toxunan sənətçi meyxanaya bənzər mahnılar ifa edən müğənnilərin müharibə dönəmində çox görünmədiklərindən gileylənib:

“Çünki onların vətənpərvərlik mövzusunda mahnıları olmayıb. Doğrudan da yoxdur. O müğənnilər yalnız şou-biznes xətrinə oxuyublar ki, pul qazansınlar. Lakin  sənətkarlar tərəfindən Azərbaycana, Vətənə aid klassik musiqilər, sanballı mahnılar səsləndi.

Onlar isə  elə əsərlər ifa edə bilmədiyinə görə yazdırmırlar.

Amma bundan sonra toylu-büsatlı günlər başlayanda yenə də musiqili meyxanalar ifa edəcəklər. Həmin mahnılar da dinləniləcək. Bu sistem illərdir belədir”.