Köçəryanın məhkəməsi başladı

Ermənistan mətbuatının son məlumatlarına görə , İrəvanın Şenqavitdə yerləşən  məhkəmə binasında  Robert Köçəryan və  onun dəstəsinin  işi üzrə məhkəmə prosesi başlayıb.
"Sherg.az" xəbər verir ki, bu iş üzrə son iclas ötən ilin sentyabrın 22-də keçirilib, sonra məhkəmə Qarabağda müharibənin başlama səbəbinə görə ,   dayandırılıb.

Ermənistanın  keçmiş Müdafiə Naziri Seyran Ohanyan, Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov və sabiq  baş nazirin müavini Armen Gevorkyan dövlət əleyhinə cinayətdə və konstitusiya quruluşunun devrilməsinə cəhddə günahlandırılır.