Paşinyanın “Koçaryan kartı” - “Rusiyanı hədəfə alır, Qərbə mesaj verir”  

“Yəni ruspərəstlərin hakimiyyətə gəlməsini istəmirəm. Ona görə də məni dəstəkləyin”

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə prosesi bərpa olunub. Dörd aylıq fasilədən sonra məhkəmənin növbəti iclası keçirilib. R.Koçaryan 2008-ci ilin martında baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar dövlət çevrilişi cəhdində ittiham olunur.

Eyni zamanda R.Koçaryanın tərəfdarları məhkəmə binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı hökumət əleyhinə şüarlar da səsləndirilib.



Baş verənləri “Sherg.az”a şərh edən siyasi elmər namizədi, politioloq Cümşüd Nuriyev bildirib ki, əvvəllər də Koçaryana qarşı cinayət işi açılıb və onu həbs etmişdilər. Lakin İkinci Qarabağ müharibəsindən qabaq Rusiyanın təkidi ilə keçmiş prezidenti azadlığa buraxdılar.
Analitikin sözlərinə görə, Koçaryan hakimiyyətə gəlmək istəyirdi və onu Amerikanın təkidi ilə zərərsizləşdirdilər:

“Hazırda Amerika Paşinyanı dəstəkləyir və onun hakimiyyətdən getmə ehtimalı çox aşağıdır. Təbii ki, Paşinyan da öz rəqiblərini sırada çıxarmalıdır.

Ona görə də yenidən məhkəmə işini bərpa etdi, hətta bunun üçün ali məhkəmənin üzvlərini dəyişdirdi. Paşinyanın əsas məqsədi Rusiyaya meydan oxumaqdır.

Çünki o, Rusiyadan istədiyi dəstəyi ala bilmədiyini açıq şəkildə etiraf etdi. Ermənistan rəhbərliyi Azərbaycanın gücünü dəqiq hesablamamışdı. İkinci Qarabağ müharibəsi gedən zaman Ermənistan Təhlükəsizlik Şurası qərar verdi ki, oktyabrın 9-da savaş dayandırılsın.

Amma Paşinyan elə fikirləşdi ki, müharibədə qalib gələcək, ona görə də sona qədər getdi”.

C.Nuriyevin qənaətincə, hazırda Paşinyan ölkə daxilindəki rəyi fərqli istiqamətə yönəltmək istəyir:

“Buna görə də Kremlin adamı olan Koçaryanın məhkəmə işini bərpa edir. Paşinyanın birinci məqsədi daxili publikanın diqqətini Qarabağdan yayındırmaq, ikinci məqsəd isə cəmiyyətə bir mesaj verməkdir:
“Qarabağ müharibəsində məğubliyyətinin günahkarı Rusiyadır”. Üçüncü məqsəd gələcək rəqibini sıradan çıxardaraq, Qərbə mesaj verməkdir: Yəni ruspərəstlərin hakimiyyətə gəlməsini istəmirəm. Ona görə də məni dəstəkləyin”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu