Con Bolton: “Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”


“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

“Bəli, düşünürəm ki, Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”, - deyə o vurğulayıb.

C. Bolton Vaşinqtonda Kapitoliyə hücumu Amerika üçün çox kədərli gün adlandırıb. Lakin C. Bolton qeyd edib ki, Trampa qarşı impiçmentin tətbiqi doğru deyil: “Gələcəkdə Tramp üçün ən pis cəza, sadəcə onu görməməzlikdən gəlmək olacaq. İmpiçment bunun əksinə gətirib çıxarır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu