Azərbaycan İrandan hərbi texnika alacaq ? – AKTUAL ŞƏRH

 Rəsmi Bakının rəsmi Tehranla hərbi əməkdaşlıq, hərbi-texniki ticarət həyata keçirməsi təhlükəlidir”

"ABŞ İranın raket istehsalı sahəsinə sanksiya tətbiq edib”

“Bu səbəbdən Azərbaycanın bu ölkədən hərbi texnika alacağı ehtimalı çox azdır”

Yanvarın 14-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanla İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.



Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycanın İranla hərbi əməkdaşlıq, hərbi-texniki ticarət etməsi təhlükəlidir:

"Amerika Birləşmiş Ştatları İranın raket istehsalı sahəsinə sanksiya tətbiq edib.Bu səbəbdən Azərbaycanın İrandan hərbi texnika alacağı ehtimalı çox azdır. Yalnız və yalnız sanksiya tətbiq edilməyən sahələrdə Azərbaycan İranla əməkdaşlıq edə bilər".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu