Türkiyədə yeni ilan növü aşkarlanıb


Türkiyədə yeni ilan növü kəşf edilib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç il əvvəl universitet daxilində aparılan bioloji tədqiqat zamanı müəllimlər ilanın yeni növünü aşkar edərək, onu elm dünyasına gətiriblər. Sürətinə görə "yarışçı" adlanan yeni ilan növləri Hakkaridə aşkarlanıb. Sürəti ilə digər növlərdən fərqli olduğu təyin olunan bu ilan növü ədəbiyyata "Platyceps rhodarachis" adı ilə daxil edilib.

Hakkari Universiteti müəllimi Can Yılmaz "Platiseps" cinsinə aid olan və əvvəllər 3 növü görülən, bunun ilan cinsinin dördüncü növü olduğunu qeyd edib. O, yeni növlərlə qarşılaşma ehtimalının yüksək olduğunu da vurğulayıb. Zəhərli ilan olmadığına diqqət çəkən Yılmaz əlavə edib ki, əvvəllər şəhər mərkəzində yeni hörümçək və çəyirtkə növləri də təsbit edib. O həmçinin bu ilan növünün əvvəllər İran və İraqda mövcud olduğuna diqqət çəkib: "Ola bilsin ki, Hakkari İran və İraqla qonşu olduğundan iki ölkənin herpetofauna üzvlərinə sahib olma ehtimalı var".



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu