Koronavirusa qarşı “Covaxin” peyvəndini kimlərə vurmaq olmaz?

Hindistanın “Bharat Biotech” dərman şirkəti bəzi insanların koronavirusa qarşı “Covaxin” peyvəndini vurmamalarını bildirilib.

“Haber Global” məlumat verir ki, həmin qrupa immunitet sistemi zəif olan, allergiya, yüksək hərarət və ya laxtalanma kimi sağlıq problemləri olanlar və hamilələr aiddir.

Şirkətdən bildirilib ki, peyvənd edilməzdən əvvəl hamı sağlığı, istifadə etdiyi dərmanlar, allergiyaları, hamiləliyi və daha əvvəl koronavirusa qarşı peyvənd edilib-edilmədiyinə dair formanı doldurmalıdırlar. Süd verən anaların da peyvənd edilməmələri qeyd edilib.

Peyvənd olunan şəxslərdə nəfəs alma çətinliyi, şişkinlik, ürəyin sürətlə vurması, başgicəllənmə və halsızlıq kimi ağır allergik reaksiyaların ola biləcəyi mümkündür.

Allergiyalı şəxs peyvənd edilərsə, 30 dəqiqə ərzində həmin tibb mərkəzində nəzarətdə olmalıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu