Koronavirusla bağlı SON STATİSTİKA


Dünyada 96 625 534 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 2 065 695 xəstə ölüb, 69 273 690 nəfər sağalıb

Şimali Amerikada 28 330 138, Avropada 27 904 996, Asiyada 22 199 457, Cənubi Amerikada 14 816 205, Afrikada isə 3 324 351 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (24 806 964 nəfər), Hindistan (10 596 442 nəfər), Braziliya (8 575 742 nəfər), Rusiya (3 612 800 nəfər) və Böyük Britaniyadır (3 466 849 nəfər).

Türkiyədə 2 399 781, İranda 1 342 134, Gürcüstanda 249 465, Ermənistanda isə 164 912 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (66 623 nəfər), İranda (56 973 nəfər) və Türkiyədədir (24 328 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 227 696 nəfərin 3 032-si ölüb, 216 720-si sağalıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu