Pentaqonun gələcək rəhbəri: “Rusiya və Çin maraqlarımıza ciddi təhlükə yaradır”


“Rusiya və Çin ABŞ-ın kosmosdakı maraqlarına ciddi təhlükə yaradır”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Pentaqon rəhbərliyinə namizəd Lloyd Ostin deyib.

O qeyd edib ki, kosmos böyük güclərin rəqabət meydanıdır.

“Çin və Rusiyanın kosmosda fəaliyyəti ABŞ-ın təhlükəsizlik sahəsində milli maraqları üçün ciddi və artan təhlükə təşkil edir”, - L.Ostin ABŞ Senatında dinləmələr zamanı bildirib.

General həmçinin Rusiyanı ABŞ-ın kosmosdakı əsas rəqibi adlandırıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu