Gürcüstan Rusiya qarşı dava açıb: Sabah 2008-ci il müharibəsinə Avropa Məhkəməsində baxılacaq


Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın Rusiyaya qarşı şikayətinə sabah 21 yanvar tarixində baxacaq.

24News.ge xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi saytında məlumat qeyd olunub.

Məlumata görə, məhkəmə prosesi Strasburq vaxtı ilə 11.00-da (Gürcüstan vaxtı ilə 14.00) keçiriləcək:

Məlumatda deyilir: "Gürcüstan və Rusiya Federasiyası arasında 2008-ci ilin avqust ayında baş verən silahlı qarşıdurma ilə əlaqədar Gürcüstan tərəfi Rusiya Federasiyasına qarşı şikayət ərizəsi daxil edib. Gürcüstan iddia edir ki, Rusiya Federasiyası - Rusiya Ordusu və ya onun nəzarəti altındakı separatçı qüvvələr tərəfindən Gürcüstan vətəndaşlarına və onların mallarına fərq qoymadan və nisbətsiz hücumlar nəticəsində - Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ), 3-cü maddəsi (işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci maddəsi (azadlıq və təhlükəsizlik hüququ), 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) və 13-cü maddəsi (ədalətin təsirli qorunma vasitəsi) və həmçinin 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ) və 2-ci maddəsi (təhsil hüququ), və 4 saylı Protokolun 2-ci maddəsi (hərəkət hüququ) pozulub”.

Məlumata görə, şikayət ərizəsi Avropa İnsan Hüquqları Məhkəməsinə 11 Avqust 2008-ci ildə verilmişdir. 2016-cı ilin iyun ayında məhkəmə Strasburqdakı bir iclasda şahidlərdən və mütəxəssislərdən dəlil alıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu