Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verdi

Sumqayıt şəhər bələdiyyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.

Qurum S.Əsədovun istefa xəbərini Oxu.Az-a təsdiq edib.

Bildirilib ki, keçmiş sədr bir neçə gün əvvəl vəzifəsindən istefa verib.

Onun vəzifəsi Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Sərviz Süleymanova həvalə edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu