Ukrayna səfiri: "Hər bir ölkənin tarixində faciəvi səhifələr var, Azərbaycan üçün bu, 20 Yanvar tarixidir"

"Hər bir ölkənin tarixində faciəvi səhifələr var. Azərbaycan üçün bu, 20 Yanvar tarixidir".
 
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski 20 Yanvar faciəsi ilə bağlı "Facebook" səhifəsindəki paylaşımında qeyd edib.
 
Səfir bildirib ki, həmin gün minlərlə azərbaycanlı Sovet qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın qanlı şəkildə yatırılması aktı olan “Qanlı yanvar” hadisələri zamanı həlak olanları yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir:
 
"Başınız sağ olsun, unutmadıq", - deyə səfir paylaşımında bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu