Trampdan son dəqiqə qolu! BAĞIŞLADI...


Saatlar sonra Prezidentlik kreslosunu tərk edəcək ABŞ lideri Donald Tramp vəzifəsinin son saatlarında aralarında keçmiş müşaviri Steve Bannon da olduğu onlarla insanı bağışlayan əfv fərmanı imzalayıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, Trampın bağışladığı 70-dən çox adların arasında ən diqqət çəkəni keçmiş müşaviri Steve Bannondur. Ağ Evin Bannonla bağlı  əfv şərhində bu fikirlər yer alıb. O, mühafizəkar siyasi hərəkat içində əhəmiyyətli bir liderdir, zəkası və uzaqgörənliyi ilə tanınır.

Steve Bannon Trampın seçkini qazanmasında əhəmiyyətli pay sahibi olub. 
Daha sonra Donald Trampın seçki kampaniyasını özü idarə edib və Ağ Evdə müşavir kreslosuna sahibi olub.

Meksika sərhədində tikiləcək divar üçün başladılan kampaniyada toplanan pulların 1 milyon dolları Bannonun bank hesabında çıxdığı üçün qalmaqal partlamışdı.

Turan



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu