"Ümid edirəm ki, Messinin cəzası azaldılacaq" - Kuman


"Barselona"nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messinin iki oyunluq cəzalandırılmasını şərh edib.

Qol.az "Ouest France"yə istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

“Klub mənə Messinin diskvalifikasiyası barədə məlumat verib. "Barselona" rəhbərliyi bu qərarla razı deyil, gəlin görək, bundan sonra nə olacaq. Ümid edirəm ki, Messinin cəzası azaldılacaq. Əks təqdirdə, Leo olmadan iki matç keçirməli olacağıq".

Qeyd edək ki, L.Messi İspaniya Superkubokunun finalında "Atletik"lə matçın (2:3) bitməsinə bir dəqiqə qalmış rəqib vurduğu üçün qırmızı vərəqə almışdı. Buna görə o, iki oyunluq cəzalandırılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu