Britaniya həkimləri: Vaksinasiya zamanı irqi ayrıseçkilik vacibdir

Britaniyanın aparıcı həkimləri COVİD vaksinasiyası zamanı irqi azlıq nümayəndələrinin prioritet qrupa daxil edilməsi barədə təklif irəli sürüblər.

Bu barədə "dpa-international" portalı məlumat yayıb.

“İrqi azlıqların xəstəliyin təsirinə daha çox məruz qalması və bunun əksinə olaraq, daha az peyvənd olunmasını əks etdirən statistik məlumatlar bizi narahat edir”.

Bunu Həkimlərin Kral Kollecinin rəhbəri Martin Marşal bəyan edib. O, krallığın səhiyyə nazirliyini, etinik azlıqların qorunub saxlanılması məqsədilə, vaksinasiya zamanı irqi mənsubiyyət amilini nəzərə almağa çağırıb.

Araşdırmalara əsasən, Britaniyadakı koronavirus qurbanları arasında irqi azlıq nümayəndələri iki dəfə daha çoxdur. Krallığın Asiya və Afrika mənşəli 9 - 64 yaşlı sakinləri arasında ümumi ölüm əmsalı isə digər vətəndaşlarla müqayisədə beş dəfə yüksəkdir

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu